İranın Neft naziri: “Bu gün də müharibədəyik”

78

Hurriyyet.org xəbər verir ki, İranın Neft naziri Bijen Namdar Zengene 40 il bundan əvvəl, 1980-ci ildə baş verən İran-İraq müharibəsindən bəhs edərək deyib: “İraq dövləti 1980-vi ildə belə bir gündə bizə hücum eləmişdi. Tehran səmaları hərbi təyyarələrlə doldu və hava limanı bombalandı. Bu gün də müharibədəyik. ABŞ-ın bizə qarşı davranışı qansız müharibədir”.

Bəlli olduğu kimi, ABŞ hakimiyyəti İran ilə əldə edilən nüvə müqaviləsi çərçivəsində BMT TŞ tərəfindən ləğv edilən sanksiyaları yenidən qüvvəyə mindirdiyini bəyan edib.