“İranın erməni işğalı altında olan Cəbrayıl rayonu ilə körpü yolları möcuddur” – CEYHUN TAĞIYEV

339

“Cənab səfirin buna nə cavab verəcəyi çox maraqlıdır”

“Son günlər İranın Qarabağa yardım göndərməsi ilə bağlı yayılan video fakt haqqında çox danışıldı və İranın Azərbaycandakı səfirinin “cavabı” da nə olduğunu gördük. Guya, İranın Qarabağla heç bir əlaqəsi və nəqliyyat yolu yoxdur. Ancaq İranın erməni işğalı altında olan Qarabağla, daha dəqiqi Cəbrayıl rayonu ilə körpü yolları möcuddur”. Bu barədə Huriyyet.org-a Ceyhun Tağıyev adlı vətəndaşın yazdığı məktubda deyilir.

C. Tağıyev qeyd edib ki, bunula bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də elektron məktub və körpülərin elektron ünvanlarını göndərib: “Hələ ki, bir cavab yoxdur. Ümid edirəm, yaxın günlərdə bir cavab olar. Sizdən xahişim körpü məsələsini işıqlandırmağınızdır. Bəlkə hansısa nəticəyə çata bildik. Cənab səfirin buna nə cavab verəcəyi də çox maraqlıdır”.

Şamo EMİN