İranı Səudiyyəyə hücumda ittiham edən ABŞ prezidenti sanksiyaları artıracaq

    24

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ Ticarət Nazirliyinə İrana qarşı sanksiyaların artırılması təlimatını verib.

    Tramp “Tvitter” şəbəkəsindəki açıqlamasında yazıb: “Bir az bundan əvvəl İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırması üçün ticarət nazirinə göstəriş verdim”.

    ABŞ ilə İran arasında uzun müddt davam edən gərginlik Səudiyyə Ərəbistanının “Aramco” milli neft şirkətinə edilən hücumlardan sonra daha da artıb. ABŞ bu hücumların arxasında İranın durduğunu iddia edir.

    Hurriyyet.org