İRANI SARSIDAN NÖVBƏTİ QƏTL! – İnqilab Keşikçilərinin daha bir komandanı öldürüldü!

    15

    Hurriyyet.org xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Besic Briqadaları”nın komandanı Əbdülhesyn Mucəddəmi ölkənin cənub-şərqindəki Darhovin rayonunda yerləşən şəxsi evində odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

    “Fars Nyus” agentliyinin məlumatında deyilir ki, maskalı naməlum  şəxslər Mucəddəminin Darhovindəki evinə silahlı hücum ediblər. Hərbi komandir güllə atəşi nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.

    Bəlli olduğu kimi, bu il yanvarın 3-də SEPAH-ın Əl-Qüds Qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ qüvvələri tərəfindən öldürülmüşdü.

    Hurriyyet.org