İRANI ÇOX ƏSƏBİLƏŞDİRƏCƏK AÇIQLAMA! – ƏRƏB BİRLİYİ…

    6

    Hurriyyet.org xəbər verir ki, Ərəb Dövlətləri Birliyi Mərakeşin İran ilə diplomatik əlaqələrini kəsmək qərarını dəstəklədiyini bəyan edib. Ərəb Dövlətləri Birliyinin mətbuat katibi Mahmud Afifi yazılı bəyanatda bildirib: “Ərəb Dövlətləri Birliyi İranın onların daxili işlərinə qarşı təhlükəli və qəbuledilməz müdaxilələri səbəbindən bu ölkə ilə diplomatik münasibətlərini kəsmək qərarı verən Mərakeşi dəstəkləyir”.

    Səudiyyə Ərəbistanında keçirilən Ərəb Dövlətləri Birliyi sammitində İranın müdaxilələri ilə bağlı verilən qərarın ərəblərin bu sahədəki qəti mövqeyini aşkara qoyduğu bildirilən açıqlamada deyilir: “Baş verən hadisələr ərəb ölkələrinin İranın qeyri-sabitlik və xaos şəraiti yaymaq hədəfinə qarşı səssiz qalmamağın lazım olduğunu göstərməkdədir”.

    Xəbər verildiyi kimi, Mərakeşin Xarici İşlər Nazirliyi Hizbullah təşklatı ilə Polisario Cəbhəsi arasındakı əlaqənin ölkənin təhlükəsizliyini və sabitliyini təhdid elədiyi səbəbindən” İran ilə dilomatik əlaqələri kəsdiyini bildirmiş, ölkənin Tehrandakı səfirliyini bağlamaq qərarl verdiyini bəyan eləmiş və İranın Rabat şəhərindəki səfirinin ölkəni tərk eləməsini tələb eləmişdi.

    Hurriyyet.org