İrandan Yaxın Şərqin gündəminə bomba kimi düşəcək NEFT TƏHDİDİ

    12

    Qasım Süleymani: “Biz satmasaq, heç kim satmayacaq”

    Hurriyyet.org xəbər verir ki, İran növbəti dəfə digər ölkələrin də neft satışını əngəlləmək təhdidi ilə çıxış edib.

    İranın İnqilab Keşikçiləri Korpusunun komandiri olan Qasım Süleymani İranın neft satışının qarşısının alınacağı təqdirdə, bölgədəki digər ölkələrin də neft satışını tamamilə əngəlləməyə hazır olduqlarını bəyan edib.

    Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani də bənzər təhdidlə çıxış eləyib. ABŞ-ın müttəfiqlərini təhdid edən Həsən Ruhani Avropa səfərinin ilk dayanacağı olan İsveçrədə İran lobbisi ilə görüşündə deyib: “Biz neft ixrac eləmədiyimiz halda bölgə neftinin ixrac edilməsi mümkündürmü? Əgər belə etsəniz, mənfi nəticələri ilə də qarşılaşacaqsınız. İxracatımız azalsa, Hörmüzd boğazını bağlayacağıq”.

    Hurriyyet.org