İRANDAN təhdidə CAVAB gəldi: “YUMRUQ YAPIŞDIRACAĞIQ”

    6

    “Tarixdəki ən güclü təzyiq və sanksiya ilə İranı əzəcəyik” demişdi

    Hurriyyet.org xəbər verir ki, İran İnqilabı keşikçilərinin komandiri İsmail Kövsəri ABŞ xarici işlər naziri Mayk Pompeonun “Tarixdəki ən güclü təzyiq və sanksiya ilə İranı əzəcəyik” sözlərindən və İrana qarşı 12 şərt sadalamasından sonra onun təhdidlərinə cavab verib.

    İran İnqilabı keşikçilərinin komandiri İsmail Kövsəri İran xalqının Pompeonun ağzına yumruq yapışdıracağını deyib: “İran xalqı bir olmalıdır. ABŞ xarici işlər naziri və onun arxasında duran hər kəsin ağzına yumruğunu yapışdıracaqdır”.

    ABŞ xarici işlər naziri nə demişdi?

    Pompeonun açıqlamalarının məğzinə baxaq:

    * İran öz istiqamətini dəyişdirməzsə, ABŞ-ın sanksiyaları daha da böyüyəcək, buna görə də İranın çəkdiyi iztirab daha da acı olacaq.

    * İrana misli görünməmiş sanksiyalar tətbiq edəcəyik, yeni sanksiyalar hazırlıq mərhələsindədir, bu, tarixdəki ən güclü sanksiyalar olacaq.

    * Amerika sanksiyaları tam qüvvəyə mindikdən sonra İran, öz iqtisadiyyatını qorumaq üçün ölüm-dirim mübarizəsi aparacaq.

    * İranın hər cür aqressiyasının qarşısını almaq üçün ABŞ XİN Pentaqon və regional müttəfiqlərlə yaxın əməkdaşlıq edəcək.

    * Yaxın Şərqə hökm eləmək üçün bir daha əsla, İranın əlinə açıq çek gəlməsinə imkan verməyəcəyik.

    * İran İnqilabı Keşikçilərinin Qüds qüvvəsi Avropada gizli sui-qəsd əməliyatları keçirir.

    * ABŞ ilə müttəfiqləri, İranın əməliyyat qüvvələri ilə “Hizbullah”dakı müttəfiqlərinin dünya miqyasındakı izini siləcək və onları əzib çökdürəcək.

    * ABŞ 2015-ci il tarixli nüvə müqaviləsini (KOEP) yenidən müzakirə eləməyəcək.

    * İran öz vətəndaşlarına münasibətini dəyişməli, milli sərvətini xaricdəki əməliyyatlara xərcləməməlidir.

    * İran böyük dəyişikliklər edərsə, ABŞ bütün sanksiyalarını ləğv edib, dilomatik və ticarət əlaqələrini tamamilə yenidən quracaq.

    Hurriyyet.org