İrandan Boris Consona XƏBƏRDARLIQ – Yəmənə qarşı cinayətə ortaq olmayın!

    15

    Hurriyyet.org xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi İngiltərənin İrana qarşı çıxış eləmək əvəzinə, Səudiyyə Ərəbistanına silah satışını dayandırmağını tələb edib. Musəvi İran XİN-in saytında yerləşdirdiyi açıqlamasında İngiltərənin baş naziri Boris Consonun Səudiyyə Ərəbistanının milli neft şirkətinin müəssisələrinə “çox yüksək ehtimalla İranın hücum elədiyi” ilə bağlı sözlərini tənqid edib.

    Musəvi deyib: “İngiltərə hökuməti İrana qarşı faydasız çıxışlar əvəzinə, Səudiyyə Ərəbistanına ölümsaçan silah satışını dayandırmalıdır. Bu eyni zamanda dünyadakı bir çox xalqın da tələbidir. İngiltərə Yəmənə qarşı işlədilən cinayət ittihamlarından özünü bu şəkildə xilas edə bilər”.

    Hurriyyet.org