İrandan Amerikaya İSMARIC: “BİZƏ GÜCÜNÜZ ÇATMAZ”

    12

    Hurriyyet.org xəbər verir ki, İran İnqilabı Keşikçilərinin komandirlərindən olan general Hüseyn Səlami prezident Donald Trampın 2015-ci ildə imzalanan nüvə müqaviləsindən birtərəfli şəkildə imtina eləməsindən sonra xarici işlər naziri Mayk Pompeonun İran ilə yeni bir nüvə razılaşması üçün 12 maddəlik yeni şərtlər irəli sürməsini qınayıb, İranın regional nüfuzunun çox güclü olduğunu, toqquşma baş verəcəyi təqdirdə Amerikanın İranı üstələyə bilməyəcəyini deyib.

    Tehranda keçirilən bir tədbirdə iştirak edən Səlami deyib: “İranın nüvə proqramını dayandırmasının lazım olduğunu fikirlərşirlər. Bizi buna məcbur edə bilməyəcəkləri üçün, bunu özümüzün etməsini istəyirlər”.

    Pompeo ötən həftə verdiyi açıqlamada, İranın xaricdəki milis qruplara dəstəyini kəsməsi və nüvə proqramını dayandırmaq öhdəliyini üzərinə götürəcəyi təqdirdə yeni bir müqavilə imzalana biləcəyini bildirmişdi.

    Hurriyyet.org