İrandan qonşularına təklif: “Tramp getdi, indi…”

72

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qonşu ölkələrə Donald Trampın ABŞ prezidenti postunu tərk etməsindən sonra dialoqu yeniləməyi təklif edib.

Axar.az xəbər verir ki, Zərif dialoqun bölgə üçün uğurlu yol olduğunu bildirib.

“Tramp gedib, biz – qonşular qalmışıq. Yadların dayağı təhlükəsizlik gətirmir, əksinə, yalnız ümidləri məhv edir. Xalqlarımız və ölkələrimizin maraqlarının təmini üçün əməkdaşlıq əlimizi uzadırıq”.