İrandan etiraf: “Onlara raket texnologiyasını öyrətdik”

96

Hurriyyet.org xəbər verir ki, İranın Baş Qərargahının mətbuat nümayəndəsi general Əbülfəzl Şikarçi Yəməndəki Husilərə raket, dron və silah texnologiyalarını transfer elədiklərini açıqlayıb.

Jurnalistlərin suallarına cavab verən Şikarçi Yəmən hökuməti ilə Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi koalisiya qüvvələrinə qarşı döyüşən Husiləri silahlandırdıqları ilə bağlı iddiaları rədd edib.

Şikarçi deyib: “Biz onlara müdafiə sahəsindəki təcrübələrimizi öyrətdik. Onlar da Yəməndə raket, PUA və silahlar istehsal elədilər. İrandan onlara raket göndərdiyimiz iddiası doğru deyildir”.

Şikarçi Yəmən xalqının düşmənlərinin iddia elədiyinin əksinə, çox savadlı bir millət olduğunu söyləyərək deyib: “Ən qısa müddət ərzində inkişaf eləmiş raket və dronları istehsal edə bildilər və elektron müharibəsində də çox mahir və inkişaf eləmiş səviyyədədirlər”.