İrandan Ermənistana baş sağlığı

354

Hurriyyet.org xəbər verir ki, İranın Xarici İşlər naziri Cavad Zərif 28 dekabr tarixində ermənistanlı həmkarı Ara Ayvazyan ilə telefonla danışıb.

Söhbət zamanı yeni regional çağırışların həlli ilə bağlı İran ilə Ermənistan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Məhəmməd Cavad Zərif Qarabağın işğaldan təmizlənməsi uğrunda Azərbaycanın apardığı Vətən müharibəsində ölən təcavüzkar erməni əsgərlərinin ölümündən kədərləndiyini, dərin hüznlə başsağlığı verdiyini, erməni xalqını dəstəklədiyini bildirib.

Zərif ermənilərlə İran dövləti arasındakı dostluğun, müvtəlif səviyyələrdə dialoqun, əməkdaşlığın daha da güclənməli olduğunu vurğulayıb.