İrandan Azərbaycana ərazi iddiası! “Siyasi tərbiyəni kənara qoyub Ermənistanı dəstəkləmək lazımdır”

1173

İranlı millət vəkili ABŞ-ın sanksiyaları içərisində boğulan İrana ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını qeyd-şərtsiz dəstəkləməyi tövsiyə etdi Hurriyyet.org xəbər verir ki, İranın  Şazand şəhərindən seçilmiş millət vəkili, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Əhmədi Bilaş ölkəsinin xarici siyasəti barəsindəki çıxışında dövlətinə siyasi tərbiyəsizlik eləməyi məsləhət görüb və Ermənistanı İran üçün mühüm ölkə hesab elədiyini söyləyib. Bilaş deyib: “Qarabağ müharibəsində siyasi tərbiyəni bir kənara qoyub, Ermənistanı dəstəkləməli idik. Gələcəkdə Azərbaycandan torpaqlarımızı geri almalıyıq”.

Bilaş İranın ABŞ və Aİ dövlətləri tərəfindən Türkiyəyə qarşı tətbiq elədiyi sanksiyaları qeyd-şərtsiz dəstəkləməli olduğunu da əlavə edib. Bilaş deyib: “Azərbaycan Respublikası ilə Cənubi Qafqazın bəzi hissəri tarixi sənədlərə görə İranın bir parçasıdır və gələcəkdə bir hadisə baş verərkən bu bölgələr ana vətənlərinə qaytarılmalıdır. İran Türkiyəyə qarşı  Avropa və Amerika sanksiyalarını dəstəkləməlidir”.