İranda uranı zənginləşdirən zavod işə düşdü – 9 İLDƏN SONRA YENİDƏN

    12

    İranda 9 ildən sonra nüvə yanacağı istehsal edən əsas zavod yenidən fəaliyyətə başlayıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, zavod İslam Respublaksının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin tapşırığı ilə işə salınıb.

    Bununla da son 9 ildə ilk dəfə İranın İsfahan şəhərində UF6 (Uran-6-Florid) hasilatı, uranın zənginləşdirilməsi üçün sentrafuqlar işə düşüb.

    Zavodun açılışına səbəb ABŞ-ın İranın nüvə proqramına dair Əhatəli Birgə Fəaliyyət Planı müqaviləsindən çıxması göstərilir.