İranda turistləri daşıyan “pikap” aşdı – Ölən və yaralananlar var

    3

    İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Xərv şəhərində turistləri aparan "pikap" avtomobili aşıb.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Qasım Müşar Müvəhhid deyib.

    Q.Müvəhhidin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 24 nəfər yaralanıb.

    Müvəhhid əlavə edib ki, hadisə yerinə 5 ədəd təcili yardım maşını ezam olunub.

    Qeyd edək ki, Nişapur rayonunun 450 min nəfər əhalisi var.