İranda qalan Azərbaycan vətəndaşlarının siyahısı HAZIRLANIR

9

Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

Maraqlıdır, hazırda İranda yaşayan azərbaycanlılar təxliyyə edilmək üçün Azərbaycanın İrandakı rəsmi nümayəndəliklərinə müraciət edir? Ümumi prosedur hazırda nə vəziyyətdədir?

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğundan Modern.az-a verilən məlumata görə, təxliyyə məsələsi ilə bağlı konsulluğa aktiv olaraq azərbaycanlılar tərəfindən müraciətlər daxil olunur və vahid siyahı hazırlanır:

“İranda yaşayan azərbaycanlı vətəndaşlar olduqları yer barədə konsulluğa məlumat verirlər. Konsulluq da əlaqə nömrəsi vasitəsilə azərbaycanlıların yaşadığı yeri dəqiqləşdirir və ərazilər üzrə qruplaşdıraraq siyahı hazırlayır. Hazırda qeydiyyat məsələsi davam edir, aktual olaraq bizə müraciətlər daxil olur. Yəqin ki, müraciətlər tamamlandıqdan sonra bacardığımız qədər qısa zaman kəsiyində təxliyyə məsələsini həyata keçirəcəyik”.