İranda kütləvi etiraz aksiyaları başladı

    6

    İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilir.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu gün İranın bütün bölgələrində cümə namazından sonra ABŞ-ın nüvə sazişindən çıxması və öhdəliyi yerinə yetirməməsinə qarşı aksiyalara start verilib.

    Aksiyada ABŞ və prezident Trampın əleyhinə şüarlar səsləndirilib.

    Sonda 6 maddəlik qətnamə qəbul edilib.

    Qətnamədə ABŞ-ın yürütdüyü siyasət kəskin pislənilib, İranın Ali rəhbərinin nüvə sazişi ilə bağlı mövqeyinə dəstək ifadə olunub.

    Bildirilib ki, İran xalqı heç vaxt Avropa İttifaqının başçılarına da güvənməyəcək, onları ABŞ-ın müttəfiqi hesab edir.

    Qətnamədə ölkə rəhbərliyindən nüvə müzakirələrində həqiqi və davamlı təminat almadan Qərbin istəyi ilə razılaşmamaq tələb olunur.