İranda dərslər dayandırıldı – Yeniləndi

6

20:14

Çindən sonra koronavirusun tüğyan etdiyi İranda kütləvi tədbirlər təxirə salınır.

Ölkənin paytaxtı Tehran şəhərində, eyni zamanda 23 əyalətdə koronavirusa görə sabah qılınması planlaşdırılan cümə namazı ləğv edilib.

Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub.

***

İranda yeni koronavirusla mübarizә mәqsәdilә 23 əyalətdə universitetlәrdә dәrslәr 7 martadәk dayandırılıb.

Məlumata görə, İran prezidenti Hәsәn Ruhani Koronavirusla Mübarizә Komitәsinin bununla әlaqәdar qәrarını tәsdiqlәyib.

Qәrara әsasәn, universitet işçilәri vә müәllimlәrin işi davam edәcәk.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır. \\Axar