İRANDA TOQQUŞMA: ÖLƏN VƏ YARALANANLAR VAR

    6

    İranın Fars əyalətinin Kazerun şəhərinində dünən gecə etiraz aksiyaları keçirilib.

    Hurriyyet.org-un xəbərinə görə, aksiyaçılar şəhərin iki hissəyə bölünməsinə etiraz olaraq küçələrə çıxıblar. Onların bəziləri şəhərdəki polis bölmələrindən birinə hücum edərək onu yandırıblar.

    Aksiya nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.Yaralılardan ikisinin vəziyyəti ağırdır. Yaralanan və həyatını itirənlərin qanlı fotolarını sosial şəbəkədə yayan nümayişçilər polislərin atəş açdığını bildirirlər.

    Hurriyyet.org