İranda 4 nəfər “Krım-Konqo” qızdırmasına yoluxdu, 1-i öldü

    21

    İranda "Krım-Konqo" hemorragik qızdırma xəstəliyi növbəti dəfə ölümlə nəticələnib.

    Hurriyyet.org xəbər verir ki, hadisə nəticəsində virusa yoluxan 4 nəfərdən 1-i dünyasını dəyişib.

    Bildirilir ki, virus İranın cənubunda Kerman və Fars əyalətlərində aşkar edilib.

    Qeyd edək ki, İranda bu xəstəliyə insanların yoluxması halları 2000-ci ildən başlayıb. Məlumata görə, həmin vaxtdan bu günə qədər İranda 1000-ə yaxın insan bu xəstəliyə yoluxub.

    Təkcə 2017-ci ildə ölkədə 120 nəfər "Krım-Konqo" hemorragik qızdırma xəstəliyinə yoluxub ki, nəticədə 8 nəfər ölüb./trend/