İranda zəlzələ oldu

57

İranın Rəzəvi Xorasan əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.

Yeraltı təkanlar bu gün səhər Rəzəvi Xorasan əyalətinin Sanqan bölgəsində 6 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat haqda məlumat verilməyib./apa/