İranda virusdan ölənlərin sayı 24 mini keçdi

7

İranda ötən sutka ərzində 166 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Modern.az nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 24 118 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 845 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 419 043 nəfərə çatıb. Virus daşıyıcılarından 3 893 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 357 632 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunur.

İranda indiyədək 3,71 milyondan çox diaqnoz testi həyata keçirilib.