İranda terror qruplaşmasının əsas üzvlərindən olan Əbdülhəmid Mirbəluçzi edam olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, edam olunan şəxs SEPAH üzvlərini öldürməkdə və digər cinayətlərdə ittiham olunur.
Belə ki, o, 2015-ci ildə Sistan və Bəluçistan əyalətinin Kuh Beyrək bölgəsində iki Sepah üzvinə hücum edərək odlu silahla onları öldürüb.
Hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, bu gün zindanda edam olunub.