İranda son sutkada 74 nəfər koronavirusdan öldü

48

İranda son 24 saat ərzində 74 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6 277 nəfərə çatıb.

İranda indiyə kimi koronavirusa 98 647 nəfər yoluxub, xəstəlikdən 79 397 nəfər sağalıb.