İranın Tehran əyalətində qar uçqunu olub.
“Anadolu” agentliyi İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Mehdi Velipura istinadən bildirir ki, hadisə nəticəsində 6 nəfər ölüb.
Onun sözlərinə görə, ötən gecə Şemiranat rayonu ərazisinə qar yağıb və güclü çovğun qar uçqununa səbəb olub.
Azı 16 nəfərin itkin düşdüyü bildirilir.
Xilasedicilər axtarış işlərini davam etdirirlər.\\Virtualaz.org