İranda partlayış: 3 ölü

45

İranın Əhvaz şəhərində partlayış baş verib, 3 nəfər ölüb.

Modern.az-ın məlumatına görə, partlayış Əhvaz şəhərinin Amiri bazarı yaxınlığında yerləşən 2 mərtəbəli evdə qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Dağıntılar arasında qalanların olduğu bildirilir.

Axtarışlar davam etdirilir.