İranda ölümün 30 faizinə səbəb koronavirusdur

231

İranda ölümlərin 30 faizinin koronavirusdan baş verdiyi müəyyənləşib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri İrəc Hərirçi məlumat verib.

Onun sözlərinə görə, son zamanlar COVID-19 nəticəsində ölənlərin sayında azalma müşayiət olunur: “Qırmızı həyəcan xəttində olan 89 şəhərdən 69-da yoluxma sayı azalıb”.

Qeyd edək ki, İranda 46 689 nəfər koronavirusdan ölüb, 908 346 nəfər isə virusa yoluxub.