İranda koronavirusdan daha 452 nəfər ölüb

213

İranda ötən sutka ərzində 452 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 41 034 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 11 203 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 749 525 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 642 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 552 747 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 5,46 milyondan çox diaqnoz testi həyata keçirilib.