İranda daha 71 nəfər koronavirusdan öldü

42

İranda ötən 24 saat ərzində daha 1 112 nəfər koronavirusa (COVID19) yoluxub.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə 19 fevraldan bu günədək (28 aprel) İranda koronavirusa yoluxanların sayı 92 584 nəfərə çatıb. Onlardan 2 983 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, ötən sutka ərzində daha 71 nəfər koronavirusdan ölüb və İranda bu virusdan ölənlərin sayı 5 877 nəfərə yüksəlib.

Cahanpur İranda indiyədək 72 439 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 442 mindən çox test həyata keçirilib.