İranda bir gündə 500 nəfərə yaxın adam koronavirusun qurbanı olub

228

Hurriyyet.org xəbər verir ki, İranda son 24 saatda 483 nəfər Kovid-19 xəstəliyinin qurbanı olub. Bununla da ölkədə yeni tipli koronavirusdan ölənlərin sayı 25 738 nəfər olub.

Ölkədə 13 721 yeni yoluxma faktı qeydə alınıb. Bununla da yoluxma sayı 880 542 nəfərə çatıb. 5 824 nəfərin vəziyyəti ağırdır. Ölkədə indiyə qədər 617 715 nəfər Kovid-19 xəstəliyindən sağalıb.