İRANA SAHİB ÇIXDILAR! İSRAİLİN AÇIQLAMASINI TƏKZİB ETDİLƏR

    6

    MAQATE-dən İran açıqlaması

    Hurriyyet.org xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik – MAQATE “İranda 2009-cu ildən sonra nüvə partlayıcısı ilə bağlı işlərin aparıldığı ilə bağlı fəaliyyətə dair tutarlı bir dəlil taplmadığını” bildirib.

    MAQATE-nin yaydığı yazılı açıqlamada, 2016-ci ilin dekabr ayında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Yukiya Amanonun İranın nüvə proqramı ilə bağlı son məlumatları paylaşdığı xatırladıldı.

    Açıqlamada bildirilir ki, hesabatda İranın 2003-cü ildən əvvəl və sonra uranın zənginləşdirilməsi ilə bağlı bir sıra tədqiqatların aparıldığı, lakin bunların koordinasiyalı şəkildə edilmədiyi bəyan edilmişdi. “Həmin hesabatda 2009-cu ildən sonra İranda uranın zənginləşdirilməsi istiqamətində fəaliyyətlərinə dair tutarlı dəlil olmadığı da qeyd edilmişdi”.

    Xəbər verdiyimiz kimi İsrailin baş naziri Binyamin Netanyahu öz açıqlamasında İsrail kəşfiyyatının İranın nüvə silahı istehsalı üçün gizli bir proqram üzrəində çalışdığı barəsində dəlillər əldə elədiyini bildirmişdi. Netanyahu, əllərində “İranın nüvə proqramı barəsində 183 SD-yə yerləşdirilmiş 55 min səhifəlik dosya” olduğunu demişdi.

    Hurriyyet.org