“İrana qarşı əməliyyatlar başlayarsa, İsrail dövləti məhv olacaq” – POLİTOLOQDAN SENSASİON AÇIQLAMA

    6

    Zərdüşt Əlizadə: “Tramp istəyir ki, İrana qarşı müharibəyə başlasın və impicmentdən canını qurtarsın”

    ABŞ Prezidenti Donald Trampın İranla imzalanmış nüvə sazişindən çıxması dünyada və regiondan ciddi müzakirələrə yol açıb. Çünki Trampın bu qərarı dünyada, eləcə də regionda onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək.

    Artıq Amerika İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib. Ondan başqa da vəziyyəti gərignləşdirən addımlar atılmaqdır. Bir neçə gün öncə, İsrail ordusu İran qüvvələrinin Suriyadan İsrailə doğru təqribən 20-yə qədər raket atdığını bəyan edib, İran isə bu iddiaları təkzib edib.

    Baxmayaraq ki, Trampın addımını hələ yalnız İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib, Qərb ölkələri dəstəkləmir, amma sonda Qərb ölkələri də ABŞ-ı mütləq dəstəkləyəcəklər. Təkcə Avropanın təhlükəsizliynin təmin edən NATO-nun saxlanılması üçün Amerikanın xərclədiyi vəsait qarşısında Avropa ölkələri sonda Amerikaya “yox” deyə bilməyəcəklər. Doğrudur, Avropa ölkələri İranla milyardlarla dollarlıq müqavilələr imzalayıblar. Amma İranla imzalanmış müqavilələrin əhəmiyyəti Amerikanın Avropa iqisadiyyatına, təhlükəsiziyinə təsirindən üstün ola bilməz. Ona görə də Avropa ölkələri Amerikanı dəstəkləməyə məcbur olacaq.

    Almaniya kansleri Angela Merkel “Amerika artıq bizi qoruyacaq qüdrətdə deyil, Avropa ABŞ-a ümid bəsləyərək səhvə yol verəcək” desə də, faktiki Avropanın təhlükəsizliyni NATO qoruyur. Almaniya NATO-nun saxlanılması üçün ÜDM-in 2 fazini ödəməli olduğu halda, onu ödəmir. Elə məhz Almaniyanın təhlükəsizliyi üçün Amerikaya borclu olduğuna görə, ABŞ-İsrail cütlüyü İrana qarşı əməliyyatlara başlayarsa, o zaman Almaniya bu alyansa qoşulacaq.

    Bu məsələdə Rusiya, Türkiyə, Çin kimi dünyada söz sahibi olan dövlətlər İranı dəstəkləsələr də, əgər İrana qarşı hərbi əməliyyatlar başlayarsa, ciddi dəstək olmaq ehtimalları yoxdur. O ölkələr sadəcə olaraq İranla siyasi, iqtisadi əlaqələrini qoruyub saxlayacaqlar, hərbi əməliyyatlara müdaxilədən söhbət gedə bilməz. Amma Amerika İrana qarşı hərbi əmliyyatlara başlayarsa, İsrail başda olmaqla, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliklərində olan Amerika hərbi qüvvələrinin, eyni zamanda Qərb ölkələrlərinin hərbi qüvvələrinin birləşmək imkanları var ki, bu da hərbi əməliyyatlar zamanı İranın təklənməsinə gətirib çıxara bilər. Amma İran da hərbi gücünə görə zəif ölkə deyil. 2013-cü ilin məlumatına görə, hərbi vəsaiti 10 milyard 687 milyon dollar olan İran dünyanın 16-cı böyük ordusudur. Amma maraqlıdır ki, Amerika başda olmaqla, İrana qarşı koalisiya qüvvələri birləşərsə, İran buna duruş gətirə biləcəkmi?

    Qeyd edək ki, 2015-ci il iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair saziş imzalanıb. Razılığa əsasən aşağıdakı öhədliklər götürülmüşdü:

    – 15 il ərzində İranın az zənginləşdirilmiş uran ehtiyatları 98 faiz azaldılaraq ümumi çəkisi 10 000 kiloqramdan 300 kiloqrama endiriləcək.

    – İran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların sayını 19 000-dən 6 104-ə qədər, yəni 60 faiz azaldacaq, növbəti 10 ildə onlardan yalnız 5 060-nın uranın zənginləşdirilməsində istifadəsinə icazə veriləcək.

    – 15 il ərzində İran uranın zənginləşdirilməsini 3,67 faiz həddə, yəni mülki və tədqiqat məqsədləri üçün kifayət edəcək səviyyədə saxlayacaq, Fordodakı nüvə obyektində isə uranın zənginləşdirilməsi tamamilə dayandırılacaq. Həmin müəssisə nüvə, fizika və texnoloji araşdırmalar mərkəzinə çevriləcək.

    – 15 il ərzində İran heç bir yeni uran zənginləşdirmə obyekti tikməyəcək.

    Bunun qarşılığında isə İrana tətbiq edilən sanksiyalar ləğv edilmişdi.

    “Tramp istəyir ki, İrana qarşı müharibəyə başlasın və impicmentdən canını qurtarsın”

    Картинки по запросу Zərdüşt Əlizadə

    ABŞ Prezidenti Donald Trampın İranla imzalanmış nüvə sazişindən çıxmasını şərh edən politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə dedi ki, Tramp noyabr ayında Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının Demokratlar Partiyasına uduzmasından çox çəkinir: “Çünki bu halda Respublikaçılar Konqresdə say üstünlüyünü itirəcək, ondan sonra onun siyasi karyerasına son qoyulacaq, impicment məsələsi qaldırılacaq. Tramp ondan qorxur və bunun qarşısını almaq üçün ənənəvi amerikan üsuluna əl atır, hansısa bir ölkə ilə müharibəyə başlamaq istəyir. Xatırlatmaq istəyirəm ki, Bill Klinton Monika Levinski ilə eşq məcarasına görə impicment ediləndə Yuqaslaviyaya qarşı müharibəyə başladı, müharibə ovqatı ilə cəmiyyəti toparladı və impicmentdən yaxa qurtara bildi. İndi Tramp da istəyir ki, İrana qarşı müharibəyə başlasın və impicmentdən canını qurtarsın. Ona görə təxribatçı Netanyahunu ortaya salıb, o da yalanlar uydurur, İranın təcavüzündən, İranın İsraili vurmasından danışır. Suriyada İranın hərbiçilərini vururlar və İranla nüvə müqaviləsindən çıxır. Hərçənd ki, o, böhtan deyir. Ancaq müqavilənin başqa iştirakçıları bu müqavilədən çıxmaq niyyətində olmadığını deyilər. Rusiya, Almaniya, Fransa, hətta İngiltərə də çıxmaq istəmir. Amma Tramp çıxıb, çünki ona öz siyasi karyerasını saxlamaq lazımdır, onun üçün istənilən alçaqlığa, yalana, xəyanatə əl atmağa hazırdır. Ancaq Amerika İrana heç nə edə bilməz, özlərinin İrandan aldığı zərbə qat-qat güclü olacaq. İranın hərbi gücü kifayət qədərdir ki, ona təcavüz edən ölkələrə və onların müttəfiqlərinə ciddi zərbə endirsin, azı İsrail dövləti məhv olacaq”.

    “Qərb ölkələri iqtisadi, siyasi, həm də hərbi cəhətdən Amerikadan asılıdırlar”

    “Bildiyimiz kimi, indi Qərb ölkələri Trampın qərarını dəstəkləmirlər, bundan sonra dəstəkləyə bilərlərmi” sualına Z. Əlizadə belə cavab verdi: “Əlbəttə, Qərb ölkələri iqtisadi, siyasi, həm də hərbi cəhətdən Amerikadan asılıdırlar, Amerika düşmənlərinin, müttəfiqlərinin və bütün bəşəriyyətin qolunu burub ona ağrı vasitəsilə təcavüz etməyi bacarıb, bunu BMT-də də dəfələrlə sübüt edib, ölkədən kənarda müharibələrdə çox ədalətsiz qərarları dünyaya sırıdıb”,-deyə politoloq qeyd etdi.

    “1979-cu ildən bəri İran sanksiya sahəsində yaşayır”

    “Qərb ölkələri Trampın qəranın dəstəklədiyi halda İran bu gücün qarşısında duruş gətirə biləcəkmi” sualına gəlincə, politoloq dedi: “Bəli, duruş gətirəcək. Xatırlatmaq istəyirəm ki, 1979-cu ildən bəri İran sanksiya sahəsində yaşayır və 40 ildir dözür, bundan sonra da dözəcək”.

    “Amerika istənilən cinayətə əl atmağa hazırdır”

    “Əlbəttə ki, müharibə təhlükəsi var. Amma Irana qarşı müharibə başlayarsa, İran Amerikanın bölgədə olan qoşunlarına zərbələr endirəcək, İsraili vuracaq. Əlbəttə ki, İranda da dağıntılar olacaq. Əgər bir ölkənin başında şoumen, alverçi durursa, o ölkənin axırı nə olacaq? Amerika istənilən cinayətə əl atmağa hazırdır”,-deyə poliotoloq vurğuladı.

    Şamo EMİN, Hurriyyet.org