İRAN SURİYADAN ÇIXSA, ABŞ BAZASI BAĞLANACAQ

    21

    Hurriyyet.org xəbər verir ki, Tehranın dəstəklədiyi milislərin Suriyanın cənubunu tərk eləməsi qarşılığında Əsəd hökumətinin sərhədləri nəzarətə alması ilə bağlı İsrail-Rusiya razılaşmasından sonra Moskva hökuməti indi də ABŞ-la razılıq əldə eləməyə hazırlaşır.

    Mərkəzi Londonda yerləşən “Eşark Əl Evsat” ərəb qəzetinə məlumat verən diplomatik mənbələr ABŞ xarici işlər nazirinin müavini Devid Satterfildin Rusiya və İordaniyadan olan nümayəndələrə: “İran çəkilsin, biz də Tanfdaki Amerika bazasını bağlayaq”, – deyə təklif elədiyini bildiriblər. İranlı milislərin İordaniya sərhədindən 20-25 kilometrə qədər geri çəkiləcəyini və Tanfdakı müxalifətçilərin silahlarını ruslara təhvil verərək İdlibə gedəcəyini söyləyən mənbə, İordaniya sərhədinə nəzarətin yenidən Suriya hökumətinə qaytarılacağını deyib.

    Komissiya qurulacaq

    Ölkənin cənubunda Rusiya hərbi polisinin yerləşdiriləcəyini qeyd edən mənbə bütün bu maddələrin tətbiq edilməsi üçü Moskva ilə Vaşinqqton arasında komissiya tipli birgə nəzarət mexanizmi qurulacağını bildirib.

    Bəşər Əsəd 3 milis qrupunu ləğv edib

    İranın dəstəklədiyi milislərin Suriyanın cənubunu tərk eləməsinin qarşılığında Əsəd hökumətinin Deraa və Kuneytrada əməliyyat keçirilməsinə yaşıl işıq yandırılması vəd edilib. Suriya hökumətinə yaxın olan “Əl Məsdər”in verdiyi xəbərə görə, Əsəd də bu razılaşmanın həyata keçməsi üçün Milli Müdafiə Qüvvələri (NDF), Suriyalı Dənizcilər və Hərbi Qalxan Qüvvələri adlı qrupların ləğvinə qərar verib.

    Hurriyyet.org