İran Suriyada bu silahla… – Netanyahu ŞOK PLANI AÇIQLADI

    18

    İran yəhudi dövlətinə hücum etmək üçün Suriyaya çox təhlükəli silah yerləşdirməyə çalışır.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Kipr prezidenti Nikos Anastiadis və Yunanıstanın baş naziri Aleksis Siprasla Nikosiyada görüşü zamanı bildirib.

    Tədbirlərin gedişatında o, jurnalistlərə bildirib ki, “Tehrandakı rejim” İsrail dövlətinin yaşamaq hüququnu inkar edir və açıq şəkildə onu məhv etməyə çağırır.

    “İran bizi məhv etmək məqsədi ilə xüsusi olaraq tətbiq etmək üçün Suriyada çox təhlükəli silah yerləşdirməyə çalışır”, – baş nazir deyib.

    Xatırladaq ki, ötən həftə Netanyahu İrana aid 100 min sənədin İsrailin əlinə keçdiyini bəyan edib. Onun sözlərinə görə, sənədlər İranın “Amad layihəsi” adı altında məxfi nüvə silahı proqramını inkişaf etdirdiyini sübut edir. Baş nazir qeyd edib ki, İranın məxfi nüvə proqramı haqqında informasiya 2015-ci ildə məlum olsaydı, onda nüvə sazişi olmazdı.

    Netanyahu qeyd edib ki, nüvə sazişi İran üçün əlverişlidir. İsrailin hökumət başçısının fikrincə, saziş İrana qeyri-məhdud miqdarda uran əldə etməyə imkan verir və onun ballistik raketlərinə toxunmur. O əlavə edib ki, İran bombaların istehsalı üzrə böyük biliklərə malikdir və istəyəcəyi halda bu bilikləri çox tez tətbiq edə bilər.