İran prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, səfər oktyabrın 1-də baş tutacaq.
Xatırladaq ki, oktyabrın 1-i Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.