İRAN “KÖRPÜ”LƏRİ YANDIRDI

    18

    Hurriyyet.org xəbər verir ki, İran İnqilabı Keşikçilərinin komandiri general Məhəmməd Əli Cəfəri İran neftinin ixrac edilməsini əngəlləməyə çalışan ABŞ-ın dünya neft nəqlinin həyata keçirildiyi ən mühüm yol olan Hörmüzd boğazını bağlmaqla təhdid edib. Paytaxt Tehranda keçirilən konfransda çıxış edən general Cəfəri deyib: “Hörmüz boğazından istifadənin hamı və ya heç kim üçün nə demək olduğunu düşmənə başa sala bilərik”.

    Xatırladaq ki, İran prezidenti Həsən Ruhani iyulun 3-də İsveçrəyə səfəri zamanı İranın neft gəlirlərini sıfıra endirməyə çalışan Amerikaya xəbərdarlıq eləmişdi: “Bunu edə bilsəniz, sabah nəticəni görə bilərsiniz”.

    Hurriyyet.org