İran İngiltərə və ABŞ-a XƏBƏRDARLIQ ETDİ

    6

    Hurriyyet.org xəbər verir ki, İranın ali dini lideri ayətullah Xamaneinin müdafiə üzrə müşaviri general Hüseyn Dehqan İrana qarşı ehtimal olunan müharibə nəsələsi ilə bağlı İngiltərəyə və ABŞ-a xəbərdarlıq edib.

    Hüseyn Dehqan Hörmüzd boğazından keçən neft tankerlərinin qorunması ilə bağlı İngiltərənin Avropa ölkələrinə etdiyi təklifə etirazını bildirərək deyib: “Hörmüz boğazında həyata keçiriləcək hər bir dəyişiklik özü ilə təhlükə gətirəcəkdir”.

    İngiltərənin Hörmüz boğazı ilə bağlı irəli sürdüyü təklifin London üçün ağır nəticələr doğura biləcəyini bildirən generl Dehqan deyib: “Ya hamı üçün Hörmüzd boğazı etibarlı bir keçid yeri olar və neft ixrac edərlər, ya da heç kim üçün təhlükəsiz olmaz”.

    ABŞ ilə müzakirə aparmayacaqlarını söyləyən Dehqan heç bir şərt atında müzakirə masasına oturmayacaqlarını seyib: “Müharibə təhdidləri sadəcə aldatmadır. Əgər ABŞ müharibə qərarı verərsə, ABŞ-ın bölgədəki bütün bazalarını hədəfə alınacaq”. ABŞ-ın İrana qarşı müharibə qərarının bölgədəki bütün müttəfiqlərlər müharibə demək olduğunu bildirən general BƏƏ və Səudiyyə Ərəbistanını da İrana qarşı mövqelərinə görə qınayıb.

    Hurriyyet.org