İran bankı Azərbaycanın iki bankını məhkəməyə verdi

    15

    İrana məxsus "Bank Melli İran"ın Bakı filialı Azərbaycanda fəaliyyət göstərən iki banka qarşı məhkəmə iddiası qaldırıb.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, filial lisenziyası ləğv edilən "Texnikabank" və "AtraBank"la bağlı iddia irəli sürüb. İran bankından daxil olan ərizədə qeyd edilib ki, hər iki bankın onlara borcu olub. Buna görə də bankların borcun əvəzi kimi girovda olan əmlaklarının təqdim olunması və bu yolla tutumanın yönəldilməsi vəzifəsinin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını tələb edib.

    Hər iki iddia üzrə ayrılıqda məhkəmə prossləri keçirilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır.