İran açıq-aşkar təhdid etdi: “HEÇ KİM NEFT İXRAC EDƏ BİLMƏYƏCƏK…”

    24

    Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani neft ixracı ilə bağlı ABŞ-a qarşı sərt xəbərdarlıq eləyib və deyib: “İran neft ixrac edə bilməyəcəksə, Körfəzdəki heç bir ölkə neft ixrac edə bilməyəcək”.

    Bəlli olduğu kimi, Körfəz ölkələri dedikdə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman nəzərdə tutulur.

    ABŞ rəhbərliyi İran İslam Respublikasının neft ixracatını sıfıra endirməyi planlaşdırdığını bəyan eləyib.

    Hurriyyet.org