İran XİN Moskvadakı atəşkəs qərarından məmnun olduğunu bildirdi, Rusiyaya təşəkkür elədi

51

Hurriyyet.org xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Moskvada keçirilən görüşdən sonra Azərbaycan ilə Ermənistan arasında elan edilən atəşkəsi məmnuniyyətlə qarşıladıqlarını bildirib: “İran Dağlıq Qarabağdakı atəşkəsi sülhə doğru atılan addım olaraq məmnuniyyətlə qarşılayır”.

Ratəşkəsin əldə edilməsi üçün səy göstərən Rusiyaya təşəkkürünü bildirən Zərif deyib: “Qonşularımız Azərbaycan və Ermənistanı beynəlxalq hüquq  və ərazi bütövlüyünə hörmət əsasında dialoqa çağırırıq”.