İran Trampa gülür, Baydenə ümid edir

66

Co Baydenin prezident seçilməsi xəbərləri iranlıları sevindirib…

Prezident Donald Trampın tərəfdarlarını seçki bülletenlərin sayılması prosesini pozmağa çağırması ABŞ-ın uzun müddət demokratiyanı təbliğ etdiyi ölkələrin liderlərinin gülüşünə səbəb oldu. İranın ali dini lideri Ayətullah Əli Xamenei Twitter hesabından, “Bu nə tamaşadır! Biri deyir ki, bu ABŞ tarixindəki ən saxta seçkidir. Bunu kim deyir? Hazırda vəzifə başında olan prezident bunu deyir. Onun rəqibi isə deyir ki, Tramp seçkiləri saxtalaşdırmaq niyyətindədir! ABŞ seçkiləri və ABŞ demokratiyası budur”, – deyə bildirib.

«Foreignpolicy» xatırladır ki, Tramp 2018-ci ilin mayında ABŞ-İran nüvə anlaşmasından çıxdı və ölkəyə qarşı zəiflədici sanksiyaları başlatdı. Bu “maksimum təzyiq” siyasəti İran rejimini cəzalandırdı. Lakin əvvəllər olduğu kimi, daha çox İran xalqına zərər verdi. Bir iranlı demişdir ki, Tehran rejimi ABŞ prezidentinin televiziyalarda canlı yayımda demokratiyanı gözdən salmağı ilə əsla müqayisə oluna bilməz.

Co Baydenin prezident seçilməsi xəbərləri yayımlanan zaman iranlılar da tez sevindilər və normal iqtisadi münasibətlərin bərpa ediləcəyinə ümid etdiklərini bildirdilər. İran prezidenti Həsən Ruhani hökumətin danışıqlara hazır olduğunu bildirdi. Amma bunu İranın daha çox ehtiyacı olduğunu göstərmədən etdi. O, ABŞ-ın İrana son üç illik uğursuz təzyiqinin Vaşinqtona dərs olduğuna umid edərək bildirib ki, “bu faktor Baydenin hələ vitse-prezident olarkən imzaladığı Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində növbəti ABŞ rəhbərliyinin qanuna əməl edib, bütün öhdəliklərinə qayıtmasına səbəb olacaq”.

Mənşəcə, İran amerikalısı olan akademik və siyasi analitik Seyid Məhəmməd Mərandi bir müsahibəsində İranın ABŞ-dan müqavilə üzərindəki öhdəliklərini tam şəkildə yerinə yetirməsini və ABŞ-ın müqaviləni pozması səbəbindən dəymiş ziyanı ödəməsini gözlədiyini söyləyib. Yalnız bundan sonra İran danışıqlar masasına qayıdacaq.

Avropa Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə beynəlxalq münasibətlər proqramının rəhbər müavini Ellie Geranmayeh Baydenin razılaşmaya yenidən qoşulmaq istədiyini açıq şəkildə ifadə etsə də, əgər müqavilə ABŞ Senatının – Respublikaçıların sərəncamına veriləcəksə, məsələnin çətinləşə biləcəyini söylədi. Geranmayeh daha sobnra deyib: “Buna baxmayaraq, Tehranla Vaşinqton arasında nüvə anlaşması mövzusunda çox açıq irəliləyiş ola bilər.  ABŞ-ın və açıq desək Avropa baxış bucağından da İranın genişlənməkdə olan nüvə proqramı son qoyulmalı olan 1 nömrəli təhlükəsizlik təhdididir”.

O əlavə edib ki, Bayden, İranın Yəmən və İraq da daxil olmaqla, yerli oyunçular üzərində qurduğu münaqişələrə son qoymaq niyyətindədir. Bunun üçün də Vaşinqton və Tehran arasında gələcək əməkdaşlıqlar üçün bu məsələlər həll olumalıdır: “Bayden bölgəni sabitləşdirməyə çalışacaq, bu da İranla birbaşa ya dolayısı ilə tənzimlənin əldə edilməsi deməkdir”.

 

Ancaq “Foreign Affairs”də yazda yayımlanan bir məqalədə Bayden bir xəbərdarlıq da etdi. Bu xəbərdarlıq mövcud nüvə sazişini gücləndirmək üçün diplomatiya dəstəyi ilə yanaşı, İranın digər sabitliyi pozan fəaliyyətlərinin qarşısını daha effektiv şəkildə almaqla, bölgədəki Şiə yaraqlılarını, o cümlədən Livanın “Hizbullah”ını maliyyələşdirməsini məhdudlaşdırmasını nəzərdə tutur. Livan prezidenti Mişel Aoun, öz növbəsində, Tramp administrasiyasının onun kürəkəni Azad Vətənpərvər Hərəkatının başçısı Qebran Bassilə “Hizbullah”la bağlı sanksiyalar tətbiq etməsindən sonra Baydenin Livan-ABŞ əlaqələrində “tarazlığı bərpa edəcəyinə” ümid etdiyini bildirdi.

İranlılar Baydenin bölgə planlarından müəyyən qədər ehtiyatlanırlar. Seçilmiş prezident açıq şəkildə prioritetlərini ifadə etsə də – koronavirus pandemiyası və Çinin yüksəlişi – bu öncəliklərin Yaxın Şərqlə əlaqəsi azdır.

 

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA