İran səfirliyi: “Günahsız insanlara, şəhərlərə hücum hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”

84

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

İranın Azərbaycandakı səfirliyindən Hurriyyet.org-a verilən məlumata görə, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır: “Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.

Yəhya