İran qüvvələri İraq sərhədinə atəş açdılar

132

Hurriyyet.org xəbər verir ki, İran tərəfindən İraqın Ərbil şəhəri yaxınlığındakı sərhədə – Sidekan rayonuna (Berbizin, Telan və Reşkin kəndlərinə) top atəşi açılıb.

Şimali İraqdakı Kürd Muxtariyyətində 1991-ci ildən bəri KDP və KYB-nin verdiyi düşərgələrdə sabotaj fəaliyyət göstərən İran Kürdistan Demokrat Partiyasının İraq sərhədindəki hərbi varlığı İranın vaxtaşırı bu bölgəni atəşə tutmasına səbəb olur.

İ-KDP İran tərəfindən terror təşkilatı hesab edilir.