İran Qarabağ münaqişəsinin həlli fonunda regional nəqliyyat layihələri üzərində işi gücləndirmək niyyətindədir

204

İran hökuməti Qarabağ münaqişəsinin həlli fonunda nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi məsələsini müzakirə edib.

“Tasnim” agentliyinin məlumatına görə, bu barədə İranın Yollar və Şəhərsalma Nazirliyinin rəsmi nümayəndəsi Amin Tarfeh bildirib.

Onun sözlərinə görə, qurum Xarici İşlər Nazirliyi ilə birlikdə regionda yaranan yeni vəziyyəti nəzərə alaraq tranzit imkanlarını müzakirə edib.

“Bu iclasda “Şimal-Cənub”, “Fars Körfəzi-Qara dəniz” dəhlizlərinin inşasının tamamlanması və aktivləşdirilməsinə xüsusi diqqət yetirildi. Biz yeni çoxtərəfli regional ittifaqları müəyyənləşdirə və uzun keçmişi olan dəhlizləri tamamlaya bilərik. Xarici İşlər Nazirliyi Yollar və Şəhərsalma Nazirliyinə çoxtərəfli nəqliyyat alyanslarının qurulmasında siyasi kömək edəcək”, – deyə o, əlavə edib.

oxu.az