İran müdafiə imkanlarını gücləndirir – SEPAH

222

İran çalışır ki, ərazi bütövlüyü üçün öz müdafiə imkanlarını gücləndirsin.

Axar.az xəbər verir ki, bunu SEPAH komandanı general-mayor Hüseyn Salami deyib.

“Bizim məntiqimiz ərazi bütövlüyümüz, müstəqilliyimiz, islam inqilabının nailiyyətlərini müdafiə etməkdir. İranın müdafiə qabiliyyətini yüksəltmək düşmənin sui-qəsdinə mane olmaq üçün yeganə imkandır”, – o bildirib.

Qeyd edək ki, İran bir müddət öncə genişmiqyaslı təlim keçirib və yeni PUA-larını nümayiş etdirib.