İran “Microsoft”un iddialarına cavab verib

30

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın “Microsoft” korporasiyasının iddialarına reaksiya verib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN sözçüsü Səid Xətibzadə bildirib ki, İran üçün Ağ Evdə kimin olması önəmli deyil.

S. Xətibzadə “Microsoft”un rusiyalı, çinli və iranlı hakerlərin ABŞ-da seçki kampaniyalarına hücum etməyə çalışması ilə bağlı iddiasını təkzib edərək bildirib ki, ABŞ 10 illərlə digər ölkələrin, o cümlədən İranın seçkisinə müdaxilə edib və indi belə bir iddia etməsi gülüncdür: “Necə ki, dəfələrlə demişik, İran üçün Ağ Evdə kimin oturmasının heç bir əhəmiyyəti yoxdur. Önəmli olan rəsmi Vaşinqtonunun beynəlxalq normalara, qaydalara və hüquqa hörmət etməsi, başqa ölkələrin işinə müdaxilə etməkdən çəkinməsi və öhdəliklərini yerinə yetirməsidir”.

“Microsoft” şirkəti bildirib ki, son həftələr ərzində Rusiya, İran və Çinə işləyən hakerlər ABŞ Prezidenti Donald Tramp və demokratların namizədi Co Baydenin kampaniyaları ilə əlaqəli şəxslərə və təşkilatlara hücumlarını artırıblar.

musavat.com