İran koronavirusa qarşı dərmanların sınaqlarına başlayıb

168

İranda koronavirusa qarşı iki peyvənd dərmanının insanlar üzərində sınaqlarına başlanılıb.

“Fars” agentliyi xəbər verir ki, bu barədə İran Tibb Elmləri Universitetinin rektoru bildirib.

O, sınaqlar üçün xeyli sayda könüllünün toplandığını deyib.

Onu da qeyd edək ki, İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 486 nəfər vəfat edib.

Səhiyyə Nazirliyi məlumat yayıb ki, ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 41 979 nəfərə çatıb.

İranda son sutkada koronavirusa 13 053 yeni yoluxma qeydə alınıb. Bununla da İranda indiyədək COVID-19-a yoluxanların ümumi sayı 775 121 nəfərə çatıb. Xəstəlikdən 564 699 nəfər sağalıb.

Qeyd edək ki, daha əvvəl hökumət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən səmərəsi təsdiqlənən dərmanları almağa hazır olduğunu bildirmişdi. Eyni zamanda, İran Ərzaq və Dərman Təşkilatının sözçüsü Kianuş Cahanpur beş adda yerli peyvənd dərmanının ÜST siyahısına salındığını açıqlayıb.

İranda rəsmi olaraq ilk yoluxmalarının qeydə alındığı fevralın 19-dan indiyədək COVID-19 virusuna 749 525 nəfər yoluxub ki, bunlardan 41 034 nəfər ölüb.