İran iddialarımıza cavab verdi: “Normal ticarət məhsullarıdır”

177

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə ölkəsindən Ermənistana silah və əsgər daşındığı iddialarını rədd edib.

Ovqat.com xəbər verir ki, İran rəsmisi deyib: ‘Ölkəmiz sərhədlərinin silah və sursat üçün istifadə edilməsinə icazə verməz. Sərhədimizdən keçən tranzit məhsulları diqqətlə yoxlayırıq”.

Yük maşınlarının içindən görünən texnikalara gəlincə, Xatibzadənin cavabı xeyli maraqlı olub: “Onlar normal ticarət məhsulları daşıyır”.

Yəni, Xatibzadənin fikrincə, bunlar “adi ticarət məhsullarıdır”.