İran: “BMT-nin 75 illik tarixində Amerika heç belə təcrid olunmamışdı”

63

Təhlükəsizlik Şurasının 15 üzvdən yalnız 2-si ABŞ-a dəstək verib

Şənbə günü BMT Təhlükəsizlik Şurasına müraciət edən ABŞ İran İslam Respublikasına silah satışına qoyulmuş embarqonun uzadılması məsələsini müzakirəyə çıxarıb. Amerika tərəfinin bu təklifi Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız ikisi tərəfindən müdafiə olunub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi bununla bağlı olaraq Tweeterdə yazıb: “BMT-nin 75 illik tarixində Amerika heç belə təcrid olunmamışdı”. Bu barədə “The Qulf News” saytı xəbər yayıb.

BMT Təhlükəsizlik Şurasının qərarından məmnun qalan İran olayı alqışladığını bildirib.

Elbəyi Həsənli, Sürix

https://gulfnews.com/world/mena/iran-hails-un-arms-vote-says-us-has-never-been-so-isolated-1.73207974