İran Avropa İttifaqına nüvə müqaviləsi ilə bağlı məktub göndərdi

45

Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə göndərdiyi məktubda nüvə müqaviləsi ilə bağlı xəbərdarlıqlar edib.

İran XİN-in mətbuat katibi Abbas Musəvinin dövlət mediasında yayılan açıqlamasında Zərifin Borrelə nüvə müqaviləsi ilə bağlı məktub göndərdiyi bildirilir.

Zərif məktubda Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) İdarə Şurasına İrana qarşı layihə irəli sürən Almaniya, Fransa və İngiltərəni tənqid edir, İran ilə UAEA arasındaki əməkdaşığa hər cür müdaxilənin nüvə müqaviləsinə zidd olduğunu müdafiə edərək, bunun mövcud əməkdaşlığa neqativ təsir göstərə biləcəyi barəsində xəbərdarlıq edib.

Almaniya, Fransa və İngiltərəni nüvə razılaşmasına riayət eləməməkdə ittiham edən Zərif problemin həlli üçün Ortaq Komissiyanın məsələyə müdaxilə eləməsini tələb edib.

UAEA İdarə Şurasının İranla bağlı qərarı

UAEA İdarə Şurası 19 iyunda 8 il sonra ilk dəfə İrandan nüvə proqramı ilə bağlı hərtərəfli əməkdaşlıq tələb edən və UAEA müfəttişlərinin Tehranın nüvə fəaliyyəti ilə məşğul olduğu şübhəsi olan iki müəssisəyə daxil olması üçün icazə istəyən bir qərar qəbul eləmişdi.

Nüvə razılaşmasının tərəflərindən Almaniya, İngiltərə və Fransa (E3) tərəfindən təqdim edilən qanun layihəsi UAEA İdarə Şurasında 2-yə qarşı 25 səslə qəbul edilmişdi.

Tehran hakimiyyəti  UAEA-nın 2 müəssisəyə daxil olması icazəsi tələbinin qanuni və etibarlı sənədlərə yox, İsrailin iddialarına əsaslandığını bildirir.

Hurriyyet.org